Əskinas dəyişmir, şrift dəyişir - Səbəb Rusiyadır
Ukraynada yeni buraxılacaq 2 min qrivnalıq əskinasın üzərindəki yazının şrifti dəyişdiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının sədri məlumat verib.
Onun sözlərinə görə, qərar istifadə olunan şriftin müəllifinin rusiyalı dizayner olması səbəbindən qəbul edilib. Buna görə də yeni 2 min qrivnalıq əskinasda fərqli şriftdən istifadə olunacaq.
Kübra Musayeva