İran HƏDƏLƏDİ: “Danışıqlar bitdi, cavab verəcəyik!”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran İslam Respublikasının Silahlı Qüvvələri ölkə ərazisinə qarşı istənilən hücuma qətiyyətlə cavab verməyə hazırdır.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, hazırda İranın hər hansı danışıqlar aparmaq planı yoxdur və əsas diqqət ölkənin müdafiəsinin gücləndirilməsinə yönəlib.
XİN sözçüsü əlavə edib ki, memorandum qarşılıqlı öhdəliklər toplusudur. Əgər qarşı tərəf bu öhdəlikləri pozarsa, İran da öz üzərinə düşən öhdəliklərin icrasını dayandıracaq.
O vurğulayıb ki, bu, İranın prinsipial mövqeyidir və gələcəkdə də eyni yanaşma davam etdiriləcək.
Kübra Musayeva