Patruşev TƏCİLİ xəstəxanaya yerləşdirildi

Patruşev TƏCİLİ xəstəxanaya yerləşdirildi
15.07.2026 19:40 Dünya

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin sintetik zəhərlə zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə bloqer Nikolay Şuxinski “Facebook” hesabında paylaşım edib.

İddiaya görə, 71 yaşlı Patruşev işdən sonra özünü pis hiss edib. Mühafizəçilər hadisə yerinə həkim çağırıblar və onun təcili xəstəxanaya aparılmasına qərar verilib. Bildirilir ki, toksin orqanizmə dəri vasitəsilə daxil olub. Həkimlərin operativ müdaxiləsi və zəhərin aşağı konsentrasiyası sayəsində onun həyatının xilas edildiyi iddia olunur.

Məlumata əsasən, hadisə məxfi saxlanılıb və Rusiya Prezidenti Vladimir Putinə təhlükə aradan qalxdıqdan sonra məlumat verilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər