Dünya çempionatının finalı bu il fərqli olacaq - YENİLİK
FİFA 2026-cı il dünya çempionatının final oyununda öz reqlamentindən kənara çıxaraq fasilə müddətini 15 dəqiqədən 30 dəqiqəyə çatdıracaq.
TodayPress TV xəbər verir ki, məlumata görə, Amerika futbolundakı “Super Bowl” ənənəsinə bənzər möhtəşəm şou təşkil olunacaq. Səhnəyə çıxacaq əsas ifaçılar sırasında Castin Biber, Madonna, Şakira və Cənubi Koreyanın məşhur BTS qrupu yer alacaq.