Avropa Ukrayna üçün “sandığın ağzını açdı”
Avropa Komissiyası Ukraynanın dron imkanlarının gücləndirilməsi məqsədilə əlavə 1 milyard avro maliyyə ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen açıqlama verib.
Onun sözlərinə görə, ayrılan vəsait 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq hərbi maliyyə proqramı çərçivəsində nəzərdə tutulub. Maliyyənin Ukrayna üçün dronların alınması və istehsalının dəstəklənməsinə yönəldiləcəyi bildirilib.
Kübra Musayeva