İsrail və Livan razılaşdı - DETALLAR
Livan və İsrail nümayəndə heyətlərinin Romada keçirdiyi danışıqların yekununda tərəflər arasında razılıq əldə olunub.
TodayPress TV xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Məlumata görə, razılaşmaya əsasən, Livanın cənubunda nizamlanma çərçivəsində iki pilot zona yaradılacaq. Həmin zonalardan biri hazırda İsrailin nəzarətindədir, digəri isə İsrail mövqeləri ilə həmsərhəddir.
Razılaşma İsrail qoşunlarının bu ərazilərdən çıxarılmasını və Livan Silahlı Qüvvələrinin həmin zonalarda yerləşdirilməsini nəzərdə tutur. Bununla yanaşı, Beyrut hökuməti razılaşmanın ölkənin cənubunun qalan hissəsinə də şamil edilməsində israr edir.
Kübra Musayeva