İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi

İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı təsdiqləndi
15.07.2026 16:23 Daxili siyasət

Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamın imzalanmasında məqsəd insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsidir.

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməli, Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Daxili İşlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər