Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək

Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək
09.07.2026 12:17 Təhlil

ABŞ-nin son hərbi əməliyyatları strateji  uğurlu nəticələr verir. Hörmüz boğazında gəmilərin Oman sahillərinə yaxın marşrutlardan keçməyə başlaması İranın ərazi suları və nəzarət iddialarını ciddi şəkildə zəiflətdi. Vəziyyət İranın hüquqi mövqeyini Qərb və Şərq ölkələri arasında əsassız hala gətirir.

İran buna cavab olaraq gəmiləri Oman sularında vurdu. Bu Tehran üçün ciddi strateji səhv oldu. Çünki beynəlxalq sularda və ya Oman ərazilərində ticarət gəmilərinə hücumlar  İranı beynəlxalq ictimaiyyətin gözündə daha da təcrid olunmuş vəziyyətə salır. Qısacası, İranın son addımları bu dəfə həm regionu, həm də özünü real fəlakətə sürükləyə bilər.

NATO-nun son açıqlamaları vəziyyəti İran üçün daha da ağırlaşdırır. Alyans Hörmüz boğazında naviqasiya azadlığını önə çəkərək İrana güclü mesaj verir. Eyni zamanda Türkiyəyə F-35 qırıcı təyyarələrinin təcili tədarük edilmə ehtimalı İrana qarşı  güc balansını dəyişdirir. Bu, İran üçün əlavə risk yaradır.

Əgər Tehran razılaşmaya getməkdən imtina etsə, böyük ehtimalla noyabr ayından sonra NATO ilə birbaşa qarşıdurma mərhələsinə keçə bilər. Türkiyə bu prosesdə açıq hərbi əməliyyatlara qoşulmasa da, artıq İrana hər hansı dəstək verməyəcək. Ankara öz maraqlarını NATO çərçivəsində prioritetləşdirərək neytrallıqdan uzaqlaşır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər