Prezidentin general-leytenant rütbəsi verdiyi nazir kimdir? – DOSYE
Daxili İşlər Orqanlarının peşə bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətova general-leytenant ali xüsusi rütbəsi verilib.
Süleyman Neymətov kimdir?
Süleyman Əsgər oğlu Neymətov 17 sentyabr 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
1991–1993-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1993-cü ildən daxili işlər orqanlarında xidmət edən Süleyman Neymətov əmək fəaliyyətinə Naxçıvan Şəhər Polis Şöbəsində polis nəfəri kimi başlayıb. Daha sonra Daxili İşlər Nazirliyinin Komendant Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Sonrakı illərdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində bölük komandiri və rəis müavini, Sumqayıt Şəhər Polis İdarəsində rəis müavini, Quba Rayon Polis Şöbəsində və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində rəis vəzifələrini icra edib.
2022-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışır.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Süleyman Neymətova general-leytenant ali xüsusi rütbəsi verilib.
Qiymət Mahir