Niyə İraqa girən 50 ölkə İranda ABŞ-yə dəstək vermədi? Arxa planda anqlo-saksonlar dünya savaşı başladılar
Təhlil
14.04.2026 17:04
“Demək ki, dünyada ancaq İranla Amerika savaşmır. Bu müharibənin arxa planında ortamı fürsət bilib anqlo-sakslarla armageddon kimi qlobal klanlar da savaşa başlayıb. Təsəvvür edin ki, İraqa girən 163 ölkədən heç biri ABŞ-a dəstək vermir. Orda bəhanə kimyəvi silahlar idisə, burda daha təhlükəli silahlar bəhanə edilir. Üstünə üstəlik Hörmuz boğazı kimi daha təhlükəli strateji “silah” da ortaya çıxıb”...

Dünyadakı müharibələrin dövlətlər prizmasından əsasən heç bir məntiqi yoxdur. Çünki bütün aparat müharibə lokomotivinə oturur, resurslar sürətlə istismara məruz qalır və külli miqdarda borclanırlar.
Qəribədir ki, dövlətlər adına qiymətləndirmə meyarı iqtisadi zərəri insan resursunun itkisi qədər əhəmiyyətsiz görmür.
Yaxud da insan potensialının məhvinə sonrakı dövr adına bərpa edilən növ kimi baxılır.
Təsəvvür edin ki, Səddam Körfəzə sahib olmaq adına inqilabdan çıxıb, zəif duruma düşmüş İrana hücum edib, xeyli ərazisini işğal etmiş, hər iki tərəfi dəstəkləyən mahiyyətcə eyni qlobal güclərin ucbatından heç bir nəticə əldə etməsə də, təxminən, 2 milyon nəfərin ölümünə səbəb olmuş, hikkəsindən kimyəvi silahlar tətbiq etmişdi. Sırf şəxsi ambisiyaları üzündən, ərəb dünyasının lideri olacaq deyə Küveyti işğal etmiş, Səhrada Tufan əməliyyatı ilə cəmi 100 saatda məğlubiyyətə uğramış və ərəb çölü başdan-başa İraq əsgərlərinin yanmış meyitləri ilə örtülmüşdü.
Kommunist diktatorlar Stalin və Mao Tsedunun limitsiz hakim gücü 60-70 milyon insanın fiziki məhvinə səbəb olmuş və onlara eyni dövrdə yaşayan Hitlerlə birlikdə - savaşlarda ən ucuz xammal kimi baxılan insanlıq heç bir mahiyyət daşımayan psixoz hakim gücün qurbanına çevrilmişdilər.
Sözügedən bütün savaşların aparıcı hərislik məqsədi sırf maddi sərvətlərin ələ keçirilməsi uğrunda idi.
Tarix məhz belə aşkar hadisələrə görə müasir savaşları çoxdan milli dövlətlərin kontekstindən çıxararaq qlobal klanların savaş münasibətlərinə daxil edib.
O məntiqlə hazırda davam edən ABŞ – İran müharibəsinin qiymətləndirilməsi xüsusi önəm kəsb edir.

Nathan Rothschild özünün xüsusi kuryer və göyərçin şəbəkəsi vasitəsilə qələbə xəbərini rəsmi dövlət kuryerindən 24 saat əvvəl alır.
Vaterloo döyüşündə Napoleon məğlub olmuş və dünyanın aqibəti dəyişmişdi.
Rotşild xəbərdən dərhal sonra birjaya gələrək kədərli görünməklə bahəm, öz səhmlərini (dövlət istiqrazlarını) satmağa başlayır. Bunu görən digər investorlar "İngiltərə məğlub olub" deyə düşünərək vahimə içində əllərindəki hər şeyi satırlar və qiymətlər dibə vurur. Qiymətlər tam düşdükdən sonra Rothşild gizlicə bütün istiqrazları qəpik-quruşa toplayır. Rəsmi qələbə xəbəri gələndə qiymətlər kəskin qalxır və o, bir gecədə nəhəng bir sərvət qazanır. Əlbəəttə ki, Rotşild təkcə qumarbaz deyildi, əldə etdiyi qazancı Britaniya ordusunu maliyyələşdirməyə ayırır və bir də bolca qızıl alırdı.

Məhz hazırkı dünyada yaşanan qlobal elitalar qarşıdurması Natan Rotşildin əsəridir desək, səhv etmərik.
Bəs kimdir bu qlobal klanlar?
Dünyada hazırda iki güclü klan arasında mübarizə və əməkdaşlıq özünün ən məhsuldar dövrünü yaşamaqdadır.
Maliyyə klanları (Rothschild, Goldman Sachs, BlackRock tipli fondlar) Müharibə və böhran zamanı qızıl, neft, silah səhmləri alırlar. 2022-də Rusiya-Ukrayna müharibəsi başlayanda da eyni şey oldu.
Enerji klanları (Rockefeller mirası + Səudiyyə + ExxonMobil) Hörmuz bağlansa, Səudiyyə və ABŞ nefti daha baha satacaq. İran isə bundan əslində zəifləyəcək.
Hərbi-sənaye kompleksi (Lockheed Martin, Raytheon və s.) Müharibə rekord gəlir deməkdir. ABŞ Konqresində bu şirkətlərin lobbiçiləri çox güclüdür.
Siyasi-intellektual klublar (WEF, Bilderberg, CFR) Böhranları idarə etmək üçün istifadə edirlər.
Rokfeller neft imperiyası - ExxonMobil, Chevron, Occidental Petroleum kimi şirkətlər rekord gəlir qazanır. Bu şirkətlər birbaşa Rockefeller-in Standard Oil imperiyasının varisləridir.
İkinci səhnədə isə başqa bir məkanın sahibləri görünür:
Hərbi-sənaye kompleksi (Lockheed, Raytheon və s.) + BlackRock/Vanguard tipli fondlar (onlar bu şirkətlərin ən böyük səhmdarlarıdır).
Bank klanları (Rothschild mirası + Goldman Sachs tipli anglo-sakson qruplar): Qızıl, neft fyuçersləri, valyuta spekülasiyası ilə qazanırlar.
İndi qayıdaq əsas məsələyə:
Son İran – ABŞ savaşına keçmədən əvvəlki müharibələrdən əldə edilən təcrübələr göstərir ki, əvvəlcə dövlətlər üzərində klassik bəhanələr yaradılır, o bir müddət sonra böhrana çevrilir, böhran isə nəticədə qazanca çevrilir.
Hamı bilirdi ki, Səddamın təxminən varidatı 50 milyard dollar qədər, dövlətin büdcəsi isə 30 milyard civarında dövr edirdi. Bir sözlə, Səddamın əlində illeqal yollardan əldə etdiyi dollarlar vardı və indilik onu ələ keçirmək lazım idi.
Bunun üçün sabiq ABŞ prezidenti Corc Buş və onun vitsesi Dik Çeyni İraqda kimyəvi silah var deyib, qlobal informasiya təbliğatı qurmağı bacardılar. Nəticədə İraqı işğal edib, maliyyəsini ələ keçirdilər və Dik Çeynin keçmiş şirkəti Halliburton ) İraqda $39.5 milyard dəyərində müqavilə aldı. O bu razılaşma sayəsində əsgərlərə yemək, su, tikinti, neft quyularının söndürülməsi kimi qəribə xidmətlər göstərməyə başladı.

Nəticədə İraq üçün 600 milyard dollarlıq böyük bir itki baş verdi. Başqa sözlə, bəziləri İraq xalqının halalı olan 600 milyard dolları ələ keçirmiş oldu.
İraqda isə ümumiyyətlə kimyəvi silah adına heç bir kimyəvi element belə tapılmadı.
Dünyada müşahidə edilən daha bir qəribəlik də var: WEF (Davos) və Bilderberg Group həmişə böyük böhranlar ərəfəsində və ya ortasında toplanır. İraq müharibəsi ərəfəsində də belə idi. İndi isə, 2026-da, Hörmuz böhranı pikdə olarkən, elitlər yenə “Global Realignments” və “NATO Challenges” mövzularını müzakirə edirlər.
41 günlük gərgin bombardmandan sonra maliyyə elitalarının sifarişləri artıq itkilərin kompensasiyası barədə idi.
Tvitlərinə görə böyük əksəriyyətin gülüşü hədəfinə çevrilən Tramp isə sifarişi icra edərək Hörmüz boğazını bağladığını elan etdi. Nəticədə dünyada iqtisadi temp yavaşıdı və neftin qiyməti təkrar yüksəlişə keçdi.
ABŞ neft şirkətləri ilə səudların qazancları müharibənin əsl üzünü aça bilər.
Avropa və Asiyanın sadə insanları isə bunun əvəzində kasıblıqla, inflyasiya ilə boğuşmağa hazırlaşırlar.
Rotşildlər və Rofellerlər yenidən səhnəyə qaydırlar.
Çünki birinci və ikinci dünya müharibələrindən çox zaman keçib. Bəzi dövlətlər öz boyundan çox böyüyüb, yeni ideologiyalar doğulub, cəzalandırılmamış yeni nəsillər meydana gəlib. İkinci dünya müharibəsinin son sakinləri də dünyadan köçmək üzrədirlər.
Qlobal sistem çürüyüb, yeni liderlər və yeni hikkələr doğulub. Yeni maraqların təminatı üçün yeni müharibələr qaçılmaz hala gəlib.
Bu mərhələdə həmin klanlar hərəkətə keçir – Transmilli Şirkətlər dövlətləri növbəti raunda hazırlayırlar.
Bir sözlə, İran savaşı klassik anqlo-sakson imperiyasının keysidir.
Yaxşı maliyyə əldə edirlər, problemi qoruyub saxlayırlar və son nəticədə Yeni Dünya Düzənini formalaşdırmaq dövrünə qədər gedəcəklər.
Bu oyunda isə Rusiya və Çin birinci deyil, ikinci ansamblda yer alırlar.
İraqda ABŞ-a dəstək verən 163 ölkənin heç biri indi onun yanında yer almamaqdadırlar.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
tag: İraq,İran,ABŞ,Müharibə,Todaypress.tv,
