Qadın basketbolçularımız Dünya Kubokunda tarixi uğura imza atdı

Qadın basketbolçularımız Dünya Kubokunda tarixi uğura imza atdı
06.06.2026 21:46 İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinə yüksəlib.

TodayPress TV xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, komanda növbəti mərhələdə Fransa - ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər