DÇ-2026-da tarixi böhran: ABŞ İran yığmasına elə bir şərt qoydu ki...
2026-cı il dünya çempionatında iştirak edəcək İran milli komandasına ABŞ ərazisinə yalnız oyun günlərində daxil olmaq və həmin gün ölkəni tərk etmək tələbi qoyulub.
TodayPress TV xəbər verir ki, bunu İranın Meksikadakı səfiri Əbülfəzl Pasəndidə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-İsrail və İran arasında davam edən gərginlik səbəbindən İran yığması əvvəlcədən planlaşdırıldığı kimi Arizona ştatının Tuson şəhərində deyil, Meksikada yerləşdirilib.
“Biz səhər ABŞ-yə daxil ola bilərik və həmin gün də ölkəni tərk etməliyik”, – deyə diplomat vurğulayıb.
Məlumata görə, İran yığması ABŞ-də keçirəcəyi oyunlar üçün yalnız matç günü ölkəyə səfər edəcək və qarşılaşmadan sonra yenidən Meksikaya qayıdacaq.
Qiymət Mahir