Xarq adasında partlayış səsi eşidildi

Xarq adasında partlayış səsi eşidildi
06.06.2026 22:50 Dünya

İranın Xarq adası yaxınlığında partlayış səsi eşidilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, partlayışın dəqiq yeri və mənbəyi məlum deyil. Ehtimal ki, hadisə adadan kənarda baş verib.

İranın "Tasnim" agentliyi Xarq adası yaxınlığında eşidilən partlayış səslərinin sursatların zərərsizləşdirilməsi əməliyyatı ilə əlaqədar olduğu bildirilib.

Agentliyin məlumatına görə, bir neçə dəqiqə əvvəl Xarq adasında eşidilən partlayış səsləri planlı şəkildə həyata keçirilən sursatların məhv edilməsi tədbirləri ilə bağlı olub.

Bildirilir ki, partlayışlar nəzarət altında həyata keçirilib və narahatlıq üçün heç bir əsas yoxdur.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər