UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo"ya məğlub oldu - VİDEO

UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo"ya məğlub oldu - VİDEO
22.07.2026 22:03 İdman

"Neftçi" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

TodayPress TV xəbər verir ki, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edib.

"Palms Sports Arena"da keçirilən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 4:2.

21:26

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda beşinci qol vurulub.

TodayPress TV xəbər verir ki, qonaqlar hesabda önə keçiblər - 2:3.

57-ci dəqiqədə Karen Vardanyan dubl müəllifi olub.

21:18

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda dördüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib - 2:2.

47-ci dəqiqədə Yevgeni Malaşeviç fərqlənib.

20:47

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

TodayPress TV xəbər verir ki, rəqib hesab arasındakı fərqi azaldıb - 2:1.

36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.

20:15

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.

Qonaqlardan Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.

20:02

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda hesab açılıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci dəqiqədə hesabı açıb.

Komandanın kapitanı Emin Mahmudov fərqlənib.

19:59

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, qarşılaşma Bakıdakı "Palms Sports Arena"da keçirilir.

Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellasdır.

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər