İran bu ölkələri vurmaqla hədələdi - “Heç kim kənarda qalmayacaq”

İran bu ölkələri vurmaqla hədələdi - “Heç kim kənarda qalmayacaq”
22.07.2026 22:49 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəyə qarşı istənilən hücumun sərt cavabla qarşılanacağını bəyan edib.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

O bildirib ki, İranın müdafiə doktrinası “gözə-göz” prinsipinə əsaslanır.

Nazirin sözlərinə görə, İranın, o cümlədən ölkənin infrastrukturunun hədəfə alınması güclü və qətiyyətli cavab tədbirlərinə səbəb olacaq.

Əraqçi əlavə edib ki, İrana qarşı hər hansı təcavüzə istənilən formada dəstək verən tərəflər də Tehran tərəfindən qanuni hərbi hədəf hesab olunacaq.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər