“Biz edə bilmiriksə, heç kəs edə bilməz” - Qalibaf
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Yaxın Şərq ölkələrinə sərt mesaj ünvanlayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İranın neft satmadığı bölgədə heç bir ölkə neft sata bilməyəcək.
Qalibaf vurğulayıb ki, əgər İranın təhlükəsizliyi təmin olunmasa, regionda heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Onun sözlərinə görə, Hörmüz boğazında təhlükəsizlik yalnız ABŞ hərbi qüvvələrinin bölgədə olmadığı halda mümkündür.
İran parlamentinin sədri əlavə edib ki, hazırkı qarşıdurmanın əsas prinsipi “ya hamı, ya da heç kim” qaydasına çevrilib.
Kübra Musayeva