Medvedev Trampı HƏDƏFƏ ALDI: "Artıq Baydenin yox, öz müharibəni aparırsan!”

Medvedev Trampı HƏDƏFƏ ALDI: "Artıq Baydenin yox, öz müharibəni aparırsan!”
23.10.2025 17:49 Təhlil

ABŞ Prezidenti Donald Trampın Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü ləğv etməsi və Rusiyaya qarşı yeni sanksiyalar elan etməsi Moskvada sərt reaksiya doğurub. 


Belə ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu qərarı “müharibə aktı” adlandırıb. Medvedevin sözlərinə görə, Tramp artıq “sülh carçısı” kimi deyil, Rusiyaya qarşı müharibə aparan lider kimi çıxış edir. 


O hesab edir ki, Tramp hələlik Ukraynanı aktiv şəkildə dəstəkləmir, lakin bu müharibə artıq sabiq prezident Cozef Baydenin deyil, Trampın müharibəsidir.

Bu iddia nə dərəcə realdır? Tramp sülh çağırışında səmimi deyil?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Ənvər Ağazadə bildirib ki, ABŞ böyük dövlətdir və strategiyası onilliklər, bəlkə də yüzilliklərə müəyyən olunur.


Ona görə də ABŞ Prezidenti Donald Trampın sabiq prezident Cozef Baydendən tamamilə fərqli, Amerika dövlətinin məqsədlərinə zidd siyasət apardığını iddia etmək olmaz. 

“Medvedevin dediklərində müəyyən həqiqət var ki, Amerikanın strateji hədəfləri var. Bu dövlətin əsas məqsədlərindən biri Rusiya kimi dövlətin zəiflədilməsidir. Çünki ABŞ-nin qlobal siyasətinə — istər Yaxın Şərq, istər Asiya, istərsə də Afrikada ən çox mane olan məhz Rusiya idi. Buna görə də ABŞ üçün bu müharibədə Rusiyanın zəifləməsi strateji baxımdan məqsədəuyğundur.

Lakin Tramp həqiqətən də bu müharibənin dayandırılması üçün çalışır. Baydendən fərqli olaraq o, “əgər prezident olsaydım, bu müharibə olmazdı” deməklə Putini danışıqlara cəlb etmək, onu razı salmaq niyyətində idi. Tramp düşünürdü ki, Putinlə bu dildə danışmaqla müharibənin qarşısını almaq mümkündür, lakin o bu məsələdə yanıldı. Bununla belə, ABŞ dövlətinin Rusiya–Ukrayna müharibəsinə münasibəti nə Bayden, nə də Trampın dövründə dəyişməyib. ABŞ-nin məqsədi Ukraynanın məğlub olmaması, Rusiyanın isə zəifləməsidir”, - deyə analitik vurğulayıb.


O, Trampın müharibəni dayandırmaq istəməsinin səbəbini açıqlayıb:

“Rusiya artıq kifayət qədər zəifləyib. Onun iqtisadiyyatı sanksiyalar nəticəsində kifayət qədər zəifləyib, enerji resurslarını dünya bazarına çıxarmaqda ciddi çətinliklər var. Rusiyada bu gün benzin qıtlığı müşahidə olunur, xüsusilə regionlarda bir sıra yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandırıb və benzin satışına limit qoyulub. 30 litrdən artıq benzin və dizel satılmır. Yəni ABŞ müəyyən mənada öz məqsədlərinə nail olub.

Ancaq indi Amerika üçün yeni rəqib meydana çıxıb — Çin. Müharibə nəticəsində ucuz Rusiya enerji resurslarından yararlanan Çin texnoloji inkişaf baxımından da xeyli irəliləyib və artıq ABŞ üçün ciddi iqtisadi rəqibə çevrilib. Buna görə də Vaşinqton istəyir ki, müharibə dayansın, Rusiya ilə münasibətlər sabitləşsin və diqqət yenidən Çinlə iqtisadi rəqabətə yönəlsin”.


Ə.Ağazadə düşünür ki, Trampın müharibəni dayandırmaq istəyi səmimidir. O izah edib ki, kim ABŞ prezidenti olursa-olsun, dövlətin siyasəti dəyişmir, yalnız həmin siyasətin həyata keçirilmə taktikası dəyişir. Yəni Bayden dövründə necə idisə, indi də elədir. Sadəcə, Tramp bu siyasəti fərqli taktika ilə həyata keçirmək istəyir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər