Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi

Generalların öldürmək istədiyi yunan baş nazir oğlu Miçotakisi götürüb Türkiyəyə qaçdı: "Sahte Kabadayı"nın ibrətamiz taleyi
09.07.2026 17:33 Təhlil

Siyasət səhnəsi bəzən maraqlı süjetlər təqdim edir.  NATO sammiti çərçivəsində Yunanıstan Baş naziri Kiriakos Miçotakis və xanımının qarşılanması kimi.

Miçotakis binaya tərəf addımlayanda "Ceddin Deden, Neslin Baban" marşı çalındı.

Sammitin əsas toplantı günü isə medianın diqqətini Miçotakisin “Sahte Kabadayı” yerişi oldu, minlərlə video paylaşıldı.

Bu fonda Kiriakos Miçotakisin ailə keçmişindəki maraqlı fakt yenə yada düşür: onun atası, Yunanıstanın keçmiş Baş naziri Konstantinos Miçotakis canını Türkiyəyə borclu idi. 


1967-ci ildə Yunanıstanda "Albaylar xuntası" hərbi çevriliş edəndə ata Miçotakis ölüm və həbs təhlükəsi ilə üz-üzə qalır. O zaman Miçotakis ailəsinin (Kiriakos onda hələ 6 aylıq körpə idi) gizli yollarla Türkiyəyə qaçmasına və xilas olmasına şəxsən Türkiyənin ozamankı xarici işlər naziri İhsan Səbri Çağlayangil kömək edir. Türkiyənin sabiq naziri Bülent Akarcalı 1987-ci ildə Vyanada Avropa Demokratik Birliyi çərçivəsində keçirilən görüşü xatırlayaraq deyir:

"O rəsmi görüşdən əvvəl Turqut Özal, Miçotakis və Kipr Rum icmasının partiya nümayəndələri ilə birgə görüş təşkil etdim. Kipr Sülh Hərəkatı sayəsində Yunanıstandakı çevrilişçi polkovniklər xuntası çökdü, yerinə demokratiya gəldi. Bugünkü Yunanıstan demokratiyası Avropa İttifaqı sayəsində filan deyil, birbaşa Türkiyə sayəsində formalaşıb. Türk əsgərinin süngüsü Yunanıstana demokratiya gətirdi. O görüşdə ata Miçotakis mənə açıqca dedi ki: “Bəlkə də həyatımı türklərə borcluyam”.

Beynəlxalq münasibətlər mütəxəssisi professor Mesut Hakkı Caşının da diqqət çəkdiyi tarixi reallıq fonunda mənzərəyə yenidən baxaq: Atası və ailəsi Türkiyənin yardımı ilə ölümdən xilas olan, siyasi varlığını və ölkəsinin demokratiyasını Türkiyənin həmləsinə borclu olan ailənin övladı NATO masasında rəsmi Ankaraya qarşı "əzələ nümayiş etdirməyə" çalışır.

Tarix bəzən insanı öz keçmişi ilə belə sınağa çəkir.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər