Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün göz yaşı tökür...

Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün  göz yaşı tökür...
03.07.2026 10:34 Təhlil

Bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. Mərasimin proqramına əsasən, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq dini liderin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

Ermənistanın daxili sosial şəbəkə seqmentində (Telegram və Facebook) apardığımız  monitorinqlər göstərir ki, ölkə daxilində sıravi kütlə arasında Xamenei üçün kütləvi matəm aksiyaları keçirilməsə də, ermənidilli iranpərəst analitik dairələr və müəyyən siyasi qruplar Xameneini xüsusi həssaslıqla yad edirlər.

Onlar regional layihələr və Zəngəzur dəhlizi kontekstində ölkənin maraqlarını qorumaq üçün rəsmi İrəvanın İranla eyni narrativi bölüşməsinin vacibliyini önə çıxarırlar. Eyni zamanda, İranın İrəvandakı səfirliyində də xatirə kitabının imzalanması və diplomatik matəm ritualları təşkil olunub.

İranda yaşayan etnik erməni icması və dini institutları matəm prosesində rəsmən və aktiv şəkildə iştirak edirlər.

Tehrandakı Kilikya Katolikosluğuna tabe olan Erməni Apostol Kilsəsinin yepiskopluğu rəsmi başsağlığı bəyanatı yayıb və İrandakı kilsələrdə xüsusi xatirə və dua mərasimləri təşkil edib.

İran parlamentindəki erməni icmasının deputatları (Ara Şahverdiyan və Robert Beqlaryan) icma adından bəyanatlar verərək Tehrandakı rəsmi cənazə yürüşlərinə qatılıblar. İcmanın mədəniyyət və idman mərkəzləri isə Xameneinin İrandakı xristian azlıqlara qarşı siyasətini vurğulayan matəm paylaşımları ediblər. 

Jalə Rövşən

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər