“Bu prezidentləri 9 may paradında vuracağıq!" — Zelenski XƏBƏRDARLIQ ETDİ

“Bu prezidentləri 9 may paradında vuracağıq!" — Zelenski XƏBƏRDARLIQ ETDİ
08.05.2026 15:25 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski bəzi ölkələrin Moskvadakı 9 May paradına qatılmaq istəyini tənqid edib.

Belə ki, o, videomüraciətində Ukraynanın belə səfərləri “tövsiyə etmədiyini” bildirib.

“Ukrayna Rusiyaya atəşkəs təklif etmişdi. Bu dəfə mayın 6-dan tam sükut rejiminə hazır idik. Amma cavab olaraq yeni zərbələr və təhdidlər aldıq”, — deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya yalnız paradı təhlükəsiz keçirmək istəyir, daha sonra isə yenidən hərbi əməliyyatları davam etdirəcək.

“Ruslar artıq 9 maydan sonrakı zərbələrdən danışırlar. Bu, Rusiya rəhbərliyinin qəribə və qeyri-adekvat məntiqidir. Rusiyaya yaxın bəzi dövlətlərin nümayəndələrinin Moskvaya getmək istəyi də qəribədir. Biz bunu tövsiyə etmirik”, — deyə Ukrayna lideri vurğulayıb.

Qeyd olunur ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi 8-9 may tarixlərində birtərəfli qaydada “atəşkəs” elan etmişdi.

Eyni zamanda Kremlin saytında Qələbə Paradında iştirak edəcək xarici qonaqların siyahısı da dərc olunub. Belə ki, tədbirdə Belarus Prezidenti Aleksandr Lukaşenko, Slovakiya Baş naziri Robert Fitso, Laos Prezidenti Tonqlun Sisulit, Malayziya Ali Hökmdarı Sultan İbrahim, Abxaziya "Prezidenti" Badra Qunba, Cənubi Osetiya "Prezidenti" Alan Qaqloyev, Serb Respublikasının Prezidenti (Bosniya və Herseqovinanın muxtar regionu hesab edilən Serb Respublikası) Sinişa Karan və Milorad Dodik iştirak edəcək.

Builki paradın iştirakçı siyahısı kifayət qədər zəif görünür. Çin, Hindistan, İran, Qazaxıstan və Qırğızıstan kimi böyük dövlətlərin liderlərindən heç biri bu il paradda iştirak etmir. Rusiya bu tədbiri beynəlxalq dəstək nümayişi kimi təqdim etməyə çalışsa da, siyahı daha çox simvolik xarakter daşıyır və əsasən Moskvadan tam asılı olan tərəfdaşlardan ibarətdir.

Siyahıdakı ən diqqətçəkən və Ukrayna tərəfini ən çox qıcıqlandıran ad Slovakiya Baş naziri Robert Fitsodur. NATO və Avropa İttifaqı üzvü olan bir ölkənin rəhbərinin Moskvaya getməsi Zelenski hakimiyyəti üçün həm ağrılı, həm də təhqiredici bir addım kimi qəbul olunur. Fitsonun çoxdan məlum olan rusiyayönümlü mövqeyi bu paradda bir daha özünü büruzə verir. Bununla yanaşı, Abxaziya və Cənubi Osetiya kimi separatçı rejimlərin də orada olması Rusiyanın öz nüfuz dairəsini, yəni "arxa həyətini" göstərmək cəhdidir.

Zelenski demək istəyir ki, hətta paytaxt Moskva belə artıq Ukrayna üçün əlçatmaz hədəf deyil. Ukrayna hələ Moskvaya bu qədər yaxın olmamışdı. Ukrayna lideri xarici ölkə rəhbərlərinə də mesaj ünvanlamış olur. Maraqlıdır ki, Rusiyanın bu il paradda hərbi texnika nümayiş etdirməyəcək. Bu da Ukrayna zəiflik əlaməti kimi təqdim olunur.

Hazırda Kiyev texniki olaraq Qırmızı Meydana dron çatdırmaq gücünə çatıb. Kremlin Moskvada mobil interneti kəsib hava hücumundan müdafiəni gücləndirməsi bu qorxunun nə dərəcədə real olduğunu göstərir. Parad günü hər hansı partlayış olmasa belə, bir neçə dronun şəhər səmasında görünməsi Rusiyanın nüfuzuna ağır zərbə vura bilər. Həmçinin paytaxt ətrafında kiçik sabotajların törədilməsi də gözləniləndir. Lakin buna qarşılıq olaraq, Rusiya artıq xəbərdarlıq edib ki, paradda nəsə baş verərsə, Kiyevdəki hökumət binalarına kütləvi raket zərbələri endirəcək.

Əgər parad zamanı hər hansı bir hücum reallaşarsa, bu, müharibədə ciddi dönüş nöqtəsi olar. Belə bir vəziyyət Rusiya cəmiyyətində ordunun paytaxtı belə qoruya bilmədiyi barədə böyük şübhələr yaradar və Moskvanın "intiqam" adı altında Ukraynanın mülki obyektlərinə ən ağır zərbələri endirməsinə səbəb olar. Hətta orada olan əcnəbi diplomatların zərər görməsi beynəlxalq səviyyədə böyük siyasi böhrana yol aça bilər. 

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər