Azərbaycanlı atanın oğlu Ermənistanda prezident oldu - Azərbaycanlılara düşmən kəsildi

Azərbaycanlı atanın oğlu Ermənistanda prezident oldu - Azərbaycanlılara düşmən kəsildi
13.07.2026 13:35 Təhlil

“Robert Köçəryanın anası erməni olsa da, əsl atası azərbaycanlıdır. Yeri gəlmişkən, bəzi erməni saytları bunu çoxdan yazır. Bu əhvalatı köhnə Daşkəsən əhli hamısı bilir, mən də onların dilindən danışıram...

Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub.

TodayPress TV Korrekt.az-a istinadən xəbər verir ki, anası Emma Ohanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qadın olub. Bunu Daşkəsənin Maarif şöbəsinin müdiri (milliyətcə azərbaycanlı, əslən gəncəlidir) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci idə ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib...

Qərəz, Emma Ohanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif şöbəsinin çolaq sürücüsü Sedrak Köçəryan olur. Gələcək Ermənistan prezidenti bu erməninin soyadını daşıyır...

Amma daşın, divarın da qulağı var, deyirlər. Məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azərbaycanlı) əvvəl gənc müəllimə Emma Ohanyanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, Maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...

Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar indi də sağdır və bir şəklin iki surəti kimi Robertə oxşayırlar.

Emma Ohanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedrakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni - azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 88-89-cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Qarabağa, Xankəndinə gedir. Burda Robert Köçəryana yeni həyat dastanı yazılır...”

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər