Azərbaycan qazı Ukraynada: Moskva təşvişdə!

Azərbaycan qazı Ukraynada: Moskva təşvişdə!
30.07.2025 11:41 Təhlil

“Azərbaycan əvvəlcədən heç kimin qaz bazarına müdaxilə etməyib və öz istehlakçılarına, eləcə də marşrutlarına əsaslanan siyasət yürüdüb”.

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibəyə başlamazdan əvvəl qaz siyasətini problemsiz şəkildə həyata keçirib və Azərbaycanın bu prosesə nə müdaxiləsi olub, nə də qısqanclıq göstərib. Əksinə, məsələ hər zaman sağlam yanaşma ilə qarşılanıb.

“İndi isə Rusiya artıq bir çox tərəfdaşlarına qarşı narazılıq nümayiş etdirir və sanki hamının ona borclu olduğu görüntüsünü yaradır. Halbuki, Azərbaycanın Rusiya qarşısında heç bir öhdəliyi yoxdur və rəsmi Bakı həm Rusiya, həm də Ukrayna ilə balanslı münasibətə sahibdir. Buna görə də Azərbaycan Ukraynaya humanitar dəstək göstərməkdə davam edir və bu, təkcə siyasi yox, həm də insani yanaşmanın göstəricisidir. Həm də qaz məsələsi Ukraynada artıq siyasi problemə çevrilib və bazarda sıxlıq yaranıb. Azərbaycan isə bu durumda öz resurslarını ehtiyacı olan tərəflərlə bölüşür. Bu, nə üçüncü tərəflərə yönəlmiş addım, nə də hansısa siyasi planın tərkib hissəsidir. Biz sadəcə qazı insanlar üçün göndəririk, xüsusilə də qış aylarında”.

Analitik Bakı-Moskva münasibətlərdə müşahidə olunan soyuqluğun səbəbini də Moskvada görür. Xüsusilə, son təyyarə insidentindən sonra Rusiyanın susqun davranışı, Azərbaycan tərəfinin isə beynəlxalq hüquqa əsaslanan mövqe tutması bu münasibətlərin gərginləşməsinə gətirib çıxarıb. 

Politoloq əlavə edib ki, Rusiya mətbuatında Azərbaycan əleyhinə aparılan kampaniyalar, xüsusilə də Mixail Qusmanın "TASS"ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi ilə bağlı səsləndirilən iddialar əsassız və qeyri-sağlamdır.

“Rusiya mediasının "Azərbaycanın Rusiyada “5-ci kolonu" var və onu təmizləyirik” kimi ittihamları siyasi ritorikadan başqa bir şey deyil. İstər qaz, istər neft, istərsə də digər resurslar üzrə əməkdaşlıq sahəsində Azərbaycan istədiyi tərəfdaşla işləmək hüququna malikdir. Bu, Azərbaycanın suveren hüququdur və heç kim Bakıya diktə edə bilməz”.  

Sonda T.Abbasov vurğulayıb ki, Azərbaycan milli maraqlarına uyğun olaraq tərəfdaşlarla münasibətləri genişləndirməyə davam edəcək və bu məsələdə hansısa siyasi məqsəd güdülmür: 

“Azərbaycan heç kimin təyyarəsini, tankını neftlə təmin etmir. Biz sadəcə sadə ukraynalıları düşünürük”, - deyə o fikirlərini yekunlaşdırıb. 

Qeyd edək ki, rusiyalı şovinist dairələr Azərbaycanı Ukraynaya qaz satdığına görə hədəfə alıblar. Belə ki, Rusiya KİV-lərinin yazdığına görə, Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub.

Töhfə Səməd

FOTOLAR

Azərbaycan qazı Ukraynada: Moskva təşvişdə! — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Sosial media platformaları üçün yeni dövr: Yaş təsdiqi və təhlükəsizlik rejimi məcburi olur 21:05 SON DƏQİQƏ: "Neftçi"nin sabiq prezidenti vəfat etdi - FOTO 21:45 Bakıda xanım sərnişin avtobusa hücum etdi - VİDEO 21:29 Ermənistanda şəhər meri barəsində yeni cinayət işi açıldı 20:52 "Rusiya yenidən müharibəni seçir" - Zeleneskidən Putinə cavab 21:25 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTO 21:08 Qəzzada yeni mərhələ? - HƏMAS Misirdə mühüm danışıqlara başlayır 21:03 Ebola ilə mübarizə üçün 518 milyon dollar ayrılacaq 20:34 CENTCOM: 129 kommersiya gəmisi marşrutunu dəyişdi 20:00 Bu ərazilərdə qaz olmayacaq 20:29 Putin: "Ukraynaya qarşı hədəflərimiz dəyişməz olaraq qalır" 20:07 "İnşaatçılar əllərində pulemyot yox, alət tutsunlar" – Belarus liderindən sülh mesajı 20:30 İranda güclü zəlzələ baş verdi 20:23 Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu 20:18 Putin Zelenski ilə görüşü rədd etdi: "Bizə hücumu dayandırmaq yox, real razılaşmalar lazımdır" 20:12 “Regional gərginlik yaratmağa hesablanıb” – MEDİA-dan Azərbaycanla bağlı iddialara etiraz 20:13 Azərbaycan millisi Macarıstana məğlub oldu 20:04 Livanda ölənlərin sayı 3 558 nəfərə çatdı 19:48 ABŞ Hind okeanında daha bir neft tankerini ələ keçirdi 19:40 Finlandiyada NATO-nun yeni quru qüvvələri yaradılır 19:08 Avropa Çempionatında qızıl medal qazanan millimiz Vətəndə! 19:21 Milli Məclisdən "CNN"ə ETİRAZ: Əsassız iddialarınızı sübut edin! 19:18 Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi 19:13 Azərbaycanda sosial şəbəkələr üçün yeni cərimələr tətbiq olunur 18:58 Bütün ambulans parkları yenilənir 18:33 Bütün Xəbərlər