Aİ-dən təcili çağırış: Bu marşrutlardan uzaq durun!
Avropa İttifaqının Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edən missiyası bölgədə fəaliyyət göstərən gəmilərə Yəmən sahillərindən uzaq durmağı tövsiyə edib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilər təhlükə səviyyəsi azalana qədər Qırmızı dəniz və Ədən körfəzi marşrutlarından istifadə etməməlidirlər. Tövsiyə bölgədə təhlükəsizlik risklərinin artması ilə əlaqədar verilib.