Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilər qazsız qalacaq
Bu gün Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
TodayPress TV xəbər verir ki, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.
Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.