Qubad İbadoğlu Almaniyaya getdi
İqtisadçı Qubad İbadoğlu Azərbaycanı tərk edərək, Almaniyaya gedib.
TodayPress TV xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova bildirib.
Onun sözlərinə görə, atası müayinə və müalicə üçün Almaniyaya uçub.
Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü ildə Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub. Sonradan o, azadlığa buraxılıb və ölkədən çıxmağı qadağan edilib.