12 ölkə Füzulidə bir araya gəldi: Beynəlxalq reqatadan start!
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri start götürüb.
TodayPress TV xəbər verir ki, turnirin ilk mərhələsi Köndələn su anbarında keçirilir.
Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq.
Sentyabrın 30-da və oktyabrın 1-də isə avarçəkənlər Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar.
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 100-dən çox gənc avarçəkən qələbə uğrunda mübarizə aparır.
Namiq HUN
Füzuli
Mingəçevir Reqatası-2026
Namiq HUN
kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar
Todaypress.tv