Canni İnfantinodan Bakıdakı hazırlıqlara yüksək qiymət!
FIFA prezidenti Canni İnfantino Bakıya səfər edib.
TodayPress TV “Futbolinfo.az”a istinadən xəbər verir ki, səfərin əsas məqsədi oktyabrın son həftəsində Bakıda təşkil olunacaq U-15 dünya çempionatına görülən hazırlıq işləri ilə tanış olmaqdır.
İnfantino ilk olaraq Hövsanda qısa müddətdə istifadəyə hazır vəziyyətə gətirilən 10 yeni futbol meydançasına baxış keçirib. Təşkilati işlərin gedişindən razı qalan FIFA rəhbəri bir neçə görüş keçirdikdən sonra səfərini yekunlaşdıracaq.
Namiq HUN