Avropa futbolunda böyük transfer yarışı: Alberto Kosta kimin olacaq?
“Pari Sen-Jermen” klubu, eləcə də “Mançester Siti”, “Mançester Yunayted” və “Arsenal” komandaları “Portu”nun sağ cinah müdafiəçisi Alberto Kosta ilə yaxından maraqlanırlar.
TodayPress TV “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, adları çəkilən nəhənglər 23 yaşlı futbolçunun çıxışını fəal şəkildə izləyirlər.
Bildirilib ki, hələlik rəsmi təklif irəli sürülməyib, maraqlanan klublar oyunçunun performansını təhlil etmək mərhələsindədirlər.
Kostanın “Portu” ilə müqaviləsində 65 milyon avroluq təzminat maddəsi yer alır. Bu məbləğin 10%-i isə portuqaliyalı müdafiəçinin keçmiş klubu - Turinin “Yuventus” komandasına çatacaq.
Transferin mürəkkəb tərəfi futbolçunun Portuqaliya təmsilçisi ilə uzunmüddətli sözləşməsinin olmasıdır. Ötən ilin yayında 15 milyon avro qarşılığında “Yuventus”dan “Portu”ya keçən futbolçunun müqaviləsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Namiq HUN