“Mançester Siti” skandalı dərinləşir: Poçettinodan böyük ittiham!

“Mançester Siti” skandalı dərinləşir: Poçettinodan böyük ittiham!
29.09.2026 13:25 İdman

“Çelsi” və “Tottenhem” klublarının keçmiş baş məşqçisi Maurisio Poçettino “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı ittihamlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Poçettino nəzarət mexanizminin çatışmazlığından giley-güzar edərək aşağıdakı fikirləri səsləndirib: 

“Bunu soruşmaq ədalətli olardı: əgər qaydalar bu şəkildə pozulubsa, nəzarət harada idi? Ən çox diqqət çəkən məhz budur. İttihamların ciddiliyini nəzərə alsaq, bu, təəccüb doğuran və çox mürəkkəb bir situasiyadır. Niyə bizə “Tottenhem”ə münasibətdə nəzarət bu qədər sərt idi, amma başqalarına yox? Əgər onların 114 qaydanı pozması həqiqətdirsə, deməli, biz yalan və aldatma dövründə yaşamışıq”.

Xatırladaq ki, ingilis futbolunun müstəqil komissiyası Mançester klubunu 115 maddənin 114-ü üzrə təqsirli bilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər