“Mingəçevir Reqatası-2026”: Təmsilçimizdən 200 metr məsafədə bürünc uğuru
Azərbaycanlı kanoeçi Hüseyn Səmədli Füzulidə yerləşən Köndələn su anbarında keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində fəxri kürsüyə yüksəlib.
TodayPress TV xəbər verir ki, təmsilçimiz 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bürünc medal qazanıb.
Qeyd edək ki, beynəlxalq turnirin ilk mərhələsinə Köndələn su anbarında start verilib.
Sentyabrın 30-da və oktyabrın 1-də isə avarçəkənlər Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə mübarizəni davam etdirəcəklər.
Namiq HUN