Yəməndə SƏFƏRBƏRLİK - hökumət tərəfə keçənlər əhv ediləcək

Yəməndə SƏFƏRBƏRLİK - hökumət tərəfə keçənlər əhv ediləcək
29.09.2026 14:57 Dünya

Yəmən hökuməti husilərə qarşı ümumi səfərbərlik elan edib.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezident Rəhbərliyi Şurasının rəhbəri Rəşad əl-Əlimi televiziya vasitəsilə xalqa müraciət edərək silahlı və təhlükəsizlik qüvvələrinə dəstək verməyə çağırıb.

O, dövlət suverenliyinin bərpası üçün vətəndaşları mümkün olan bütün vasitələrlə hökumət qüvvələrinə yardım etməyə səsləyib. Səfərbərlik qərarı sentyabrın 28-də parlament tərəfindən təsdiqlənib.

Hökumət, həmçinin yaxın vaxtlarda ümumi amnistiya elan ediləcəyini bildirib. Əl-Əlimi husilərin sıralarını tərk edərək hökumət tərəfinə keçən şəxslərə tam əfv və təhlükəsiz keçid vəd edib.

Məlumata görə, husilər son günlər Yəmənin qərb sahilində hökumət qüvvələrini məğlub edərək Moha şəhərini, Mayyun adasını və Bab əl-Məndəb boğazı ətrafındakı mövqeləri ələ keçiriblər.

Yayın əvvəlində elan edilən dəniz blokadasını genişləndirən husilər Səudiyyə Ərəbistanının gəmilərinə, ərazisinə və neft infrastrukturuna qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları da kəskin şəkildə artırıblar.

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər