Milanda dəb şousu həyəcanı: Arina Sobolenko pərdəni qaldırdı!
Dünyanın iki nömrəli raketkası, dördqat “Böyük Dəbilqə” turnirlərinin qalibi, belaruslu tennisçi Arina Sobolenko Milandakı “Vogue World” dəb şousundan öncə model rəfiqələrindən aldığı məsləhətlərdən danışıb.
TodayPress TV xəbər verir ki, Sobolenko podiuma çıxmazdan əvvəl həyəcanlı olduğunu bildirib:
“Podiuma çıxmaq üçün də təcrübə lazımdır. Çox gərgin idim. Model rəfiqələrimə yazmalı oldum ki, bütün həyat təcrübənizi bir mesajda mənə göndərin, hər şeyi qaydasında etməliyəm”.
Tennisçi aldığı ən yaxşı məsləhəti belə açıqlayıb:
“Düzünü desəm, məsləhətlər çox idi. Yəqin ki, onların arasında ən yaxşısı insanların üzünə baxmamaq idi. Sadəcə zövq al. Müxtəlif tövsiyələr var idi, məsələn, podiumda necə yerimək haqqında. Düşünürəm ki, əsas məsləhət adamlara baxmamaq idi, əks halda diqqətin yayına və donub qala bilərsən. Mən də sadəcə yeriyirdim və sona qədər çatmağa çalışırdım”.
Namiq HUN