Möhtəşəm mövsüm keçirən Rafinyaya bəd xəbər: Zədə ucbatından oyunu yarımçıq qoydu!

Möhtəşəm mövsüm keçirən Rafinyaya bəd xəbər: Zədə ucbatından oyunu yarımçıq qoydu!
29.09.2026 16:02 İdman

“Barselona” klubunun hücumçusu Rafinya Braziliya və Avstraliya milli komandaları arasında keçirilən yoldaşlıq matçında zədələnib. 

TodayPress TV “Globo” nəşrinə istinadən xəbər verir ki, braziliyalıların 3:2 hesabı ilə qalib gəldiyi oyunda təcrübəli futbolçu zədə səbəbindən meydanı erkən tərk edib.

Bildirilib ki, Rafinya sağ budunda narahatlıq hiss etdiyi üçün Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 29 yaşlı futbolçunu fasilədə əvəzləmək məcburiyyətində qalıb.

Qeyd edək ki, birinci hissənin sonuna yaxın - 45+1-ci dəqiqədə Rafinya penaltini dəqiq yerinə yetirərək qolla yadda qalıb. Bütövlükdə braziliyalı hücumçu 2026/2027-ci illər mövsümündə klub və milli komandada keçirdiyi 10 oyunda 15 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər