Qalibaf: Sizi neft quyularında boğarıq!
İran parlamentinin spikeri və ölkənin əsas danışıqlar aparan şəxslərindən biri Məhəmməd Baqir Qalibaf Körfəz ölkələrinə sərt mesaj göndərib.
TodayPress TV xəbər verir ki, Qalibaf bildirib ki, İranın neft satmadığı bir regionda digər ölkələrin də neft satışını davam etdirməsinə imkan verilməyəcək.
“Amerikalılar və digər ölkələr bilməlidirlər ki, bizim neft satmadığımız regionda heç kim neft sata bilməz. Əgər bizim təhlükəsizliyimiz təmin olunmursa, heç bir infrastruktur təhlükəsiz olmayacaq”, - deyə o bildirib.
İran parlamentinin spikeri, həmçinin ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından gəmilərin maneəsiz keçməsi ilə bağlı açıqlamalarını da rədd edib. O, Trampın bu istiqamətdəki iddialarının əsassız olduğunu bildirib.
Jalə Rövşən
Məhəmməd Baqir Qalibaf
Körfəz ölkələri
Neft
Hörmüz boğazı
ABŞ Prezidenti Donald Tramp
Jalə Rövşən
Todaypress.tv