Türk ordusu Yəmənə çatdı - Husilərlə amansız savaşa az qaldı?

Türk ordusu Yəmənə çatdı - Husilərlə amansız savaşa az qaldı?
29.09.2026 11:43 Dünya

Türkiyənin hərbi dəstəyi Məribə çatır.

TodayPress TV xəbər verir ki, xarici KİV-in məlumatına görə, Türkiyənin Yəmənin Mərib bölgəsindəki ordu qüvvələrinə hərbi texnika göndərdiyi bildirilir.

Məlumata görə, Türkiyə istehsalı nəqliyyat vasitələri, zirehli maşınlar və tanklar Yəmən Ordusuna təhvil verilib. Həmçinin Türkiyə hərbçilərinin də Məribə gəldiyi iddia olunur.

Bildirilib ki, bu dəstək Yəmən hökumət qüvvələrinin Husi milislərinə qarşı mübarizəsində əhəmiyyətli hərbi yardım hesab olunur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər