Qərbi Azərbaycanda doğuldu, İranın başına keçdi: Pezeşkian 72 yaşında
Məsud Pezeşkianın bu gün 72 yaşı tamam olur.
TodayPress TV xəbər verir ki, 1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan ostanının Məhabad şəhərində anadan olan Pezeşkian ixtisasca həkimdir.
O, 2024-cü ildən İranın prezidentidir.
Pezeşkian 2001–2005-ci illərdə İranın Səhiyyə və Tibbi Təhsil naziri vəzifəsində çalışıb. Daha sonra İran parlamentinin deputatı olub və parlamentin birinci sədr müavini vəzifəsini tutub. O, 2008–2024-cü illərdə Təbrizi parlamentdə təmsil edib.
Pezeşkian 2024-cü ildə keçirilən prezident seçkisinin ikinci turunda qalib gələrək İranın 9-cu prezidenti olub.
Jalə Rövşən