İran rialı dollar qarşısında tarixinin ən aşağı səviyyəsinə düşdü
Dollar 2,45 milyon riala çatdı.
TodayPress TV xəbər verir ki, sərbəst valyuta bazarında 1 ABŞ dollarının məzənnəsi 2 milyon 450 min riala yüksəlib. Bununla da milli valyutanın dəyər itirməsi yeni rekord həddə çatıb.
Məlumata görə, rialın kəskin ucuzlaşması ölkədə iqtisadi təzyiqlərin və valyuta bazarındakı qeyri-sabitliyin artdığı bir vaxtda baş verib.
Reuters də dolların İranın qeyri-rəsmi bazarında 2,45 milyon riala çatdığını təsdiqləyib.
Hazırkı məzənnə rəsmi kursdan əhəmiyyətli dərəcədə fərqlənir. İranlıların böyük hissəsi gündəlik valyuta əməliyyatlarında məhz sərbəst bazardakı məzənnədən istifadə edir.
Jalə Rövşən