“Xruşovka” tipli binalarda istilik sisteminin bərpası texniki cəhətdən çətindir

“Xruşovka” tipli binalarda istilik sisteminin bərpası texniki cəhətdən çətindir
16.05.2025 14:57 Sənaye və energetika

Bakıda “Xruşovka” adlandırılan yaşayış binalarında daxili istilik sistemlərinin bərpası texniki baxımdan ciddi çətinliklər yaradır. 

TodayPress TV xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev bu gün Milli Məclisdə “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, Bakının Nəsimi rayonunda 150-yə yaxın belə bina mövcuddur və onların istilik sistemləri rezistor tipli konstruksiyalara əsaslanır:

“Bu binalarda istilik sistemi döşəməaltı şəkildə quraşdırılıb. Məhz bu səbəbdən həmin binalarda daxili istilik sistemlərinin bərpası texniki baxımdan kifayət qədər çətindir”. 

İ. Mirzəliyev əlavə edib ki, Bakıdakı mövcud yaşayış binalarının istismar müddətləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətlərinin iştirakı ilə araşdırılır: 

“Məlumata görə, artıq paytaxtda minə yaxın binanın istismar müddətinin başa çatması ilə əlaqədar sökülməsi planlaşdırılır. Bu səbəbdən istilik təchizatı strategiyası hazırlanarkən yaxın 3-5 il ərzində hansı binaların saxlanılacağı, hansılarının isə söküləcəyi nəzərə alınmalıdır”.

(Report)

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər