Soyuducu və dondurucu istehsalı kəskin artdı

Soyuducu və dondurucu istehsalı kəskin artdı
19.05.2025 17:51 Sənaye və energetika

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 364 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib. 

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 

Bu il mayın 1-nə Azərbaycanda 41 ədəd hazır məhsul ehtiyatı olub. 

Ötən il Azərbaycanda 793 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 18 % azdır.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər