Dünya bazarlarında neftin qiymət artışa keçdi

Dünya bazarlarında neftin qiymət artışa keçdi
01.09.2026 09:45 Sənaye və energetika

Dünya bazarlarında neft qiymətləri yüksəlib.

TodayPress TV xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72% artaraq bir barel üçün 91,14 dollar təşkil edib.

“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,89 dollar və ya 1,04% bahalaşaraq 86,65 dollara yüksəlib.

Neftin bahalaşması ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi və Hörmüz boğazından tədarükün pozula biləcəyi ilə bağlı narahatlıqların artması ilə əlaqələndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər