Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlandı

Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlandı
14.07.2025 12:23 Sənaye və energetika

Bu ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,6 min ton və ya 570 min barel olub.

Bu barədə Energetika Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, bunun 61,9 min tonunu (457 min barel) xam neft, 13,7 min tonunu (113 min barel) kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan mart ayında "OPEC+" çərçivəsində kvotasından 94 min barel və 12 359 ton geri qalıb.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər