Azərbaycan və Çin arasında əməkdaşlıq sazişi imzalandı

Azərbaycan və Çin arasında əməkdaşlıq sazişi imzalandı
02.06.2025 16:00 Sənaye və energetika

Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı fonunda mühüm sənədə imza atılıb.

TodayPress TV xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"da paylaşım edib.

"Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı kontekstində “China Energy Engineering Corporation Limited” şirkəti ilə enerji sahəsində hərtərəfli strateji əməkdaşlıq sazişini imzaladıq. Bu mühüm sənəd bərpa olunan enerji mənbələrindən istifadə, enerji sistemlərinin planlaşdırılması, şəbəkə infrastrukturunun tədqiqi, birgə Tədqiqat Mərkəzinin yaradılması, günəş və külək enerjisi layihələrinin icrası, eləcə də yaşıl enerji dəhlizi təşəbbüsü istiqamətində çoxşaxəli əməkdaşlığı əhatə edir".

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər