Avropada təbii qazın qiyməti 420 dolları ötdü

Avropada təbii qazın qiyməti 420 dolları ötdü
10.07.2025 11:12 Sənaye və energetika

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 420 ABŞ dollarını ötüb.

TodayPress TV xəbər verir ki, 10 iyul tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə avqust fyuçerslərinin qiyməti 421,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (415,4 dollar) ilə müqayisədə 1,6% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər