Yaş artdıqca qarın piyinin yığılmasının sirri açıldı
Alimlər yaş artdıqca qarın nahiyəsində piy yığılmasının səbəbini izah edən yeni hüceyrə növü aşkar ediblər.
TodayPress TV xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırmaya görə, yaşlandıqca orqanizmdə CP-A adlandırılan yeni kök hüceyrələr yaranır və onlar daha çox piy hüceyrəsi əmələ gətirərək qarın nahiyəsində yağ toplanmasını sürətləndirirlər.
Tədqiqat zamanı oxşar hüceyrələrin orta yaşlı insanlarda da mövcud olduğu müəyyən edilib. Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə yaşla bağlı qarın piylənməsinin qarşısının alınması və müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.
Kübra Musayeva