Xoruldamaq sağlamlıq üçün zərərlidir
Sağlamlıq
10.11.2025 18:30
Mütəxəssislər xəbərdarlıq edirlər ki, xoruldamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Onların sözlərinə görə, xüsusilə yüksək səslə və ya demək olar ki, hər gecə xoruldamaq, yuxu zamanı nəfəsin müvəqqəti dayanması ilə müşayiət oluna bilər.
TodayPress TV xəbər verir ki, bu vəziyyət isə beynə oksigenin çatdırılmasını pozur və qan damarlarına zərər verərək səssiz insult və demensiya riskini artırır.
Araşdırmalar göstərir ki, tez-tez xoruldayan insanlarda yaddaş və düşünmə proseslərinə cavabdeh beyin hissələrində boz maddənin azalması müşahidə olunur. Bu isə yaddaş zəifləməsinə və düşünmə qabiliyyətinin ləngiməsinə səbəb ola bilər.
Mütəxəssislər həmçinin bildirirlər ki, sağlam yuxu üçün düzgün qidalanma vacibdir. Axşam yeməyində yüngül və yağsız məhsullara, xüsusilə də balığa üstünlük verilməsi yuxunun keyfiyyətini yaxşılaşdıra bilər.
Türkan İsgəndərli
tag: Xoruldamaq,Sağlamlıq,Təhlükə,Beyin,Todaypress.tv,
