Səhər hərəkətsizliyi infarkt riskini artırır
Sağlamlıq
18.12.2025 19:45
İnfarkt keçirən insanların təxminən 90 faizində ortaq bir vərdiş müəyyən edilib – səhərlər fiziki aktivliyin olmaması.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Britaniyalı kardioloq Sana Sadoksayın “Daily Mirror” qəzetinə danışıb.
Həkim bildirib ki, bu şəxslər oyandıqdan sonra uzun müddət oturaq vəziyyətdə qalır, dərhal telefonla məşğul olur və günə hərəkətsiz başlayırlar.
Onun sözlərinə görə, belə həyat tərzi qarın nahiyəsində piylənməyə, qan təzyiqinin yüksəlməsinə və ürək-damar sistemi üçün risk yaradan gizli iltihabın inkişafına səbəb olur.
Kardioloq vurğulayıb ki, riski azaltmaq üçün səhərlər cəmi beş dəqiqəlik yüngül fiziki fəaliyyət – dartınma, qaçış və ya sürətli gəzinti kifayətdir. Bu, qan dövranını yaxşılaşdırır və ürəyin qorunmasına kömək edir.
Jalə Rövşən
tag: İnfarkt ,Hərəkətsizlik ,Şəhər,Həkim ,Todaypress.tv,
