Sağlam olmayan həyat tərzi beynin qocalmasını sürətləndirir
Sağlamlıq
06.11.2025 19:00
Sağlam olmayan həyat tərzi, çirklənmiş hava, stress və digər mənfi amillər beynin qocalma prosesini sürətləndirə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “Economist” məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, ev şəraitində beynin yaşını müəyyənləşdirməyin sadə üsulları mövcuddur. Onların fikrincə, beynin qocaldığını göstərən beş əsas əlamət var:
1. Dilin ucunda olan sözü xatırlaya bilməmək;
2. Yeni bir şeyi öyrənməkdə çətinlik çəkmək;
3. Yuxudan oyandıqdan dərhal sonra yorğunluq hissi;
4. Eyni anda iki işi yerinə yetirə bilməmək;
5. Vacib görüşləri və ya əşyaların yerini unutmaq.
Həkimlər qeyd edirlər ki, bu əlamətlər uzun müddət davam edərsə, bu, beyin sağlamlığı ilə bağlı problemlərin göstəricisi ola bilər.
Beynin gənc və fəal qalması üçün düzgün yuxu rejimi, balanslı qidalanma, fiziki aktivlik və stressin azaldılması tövsiyə olunur.
Türkan İsgəndərli
tag: Beyin,Yuxu,Stress,Hava,Todaypress.tv,
