Respublika Kliniki Uroloji Xəstəxanasına direktor təyin edildi

Respublika Kliniki Uroloji Xəstəxanasına direktor təyin edildi
31.10.2025 13:22 Sağlamlıq

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən bildirilib.

Tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək P.Hacıyev ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər