Qan şəkərini artırmamaq üçün düyü və makaronu belə yeyin
Dietoloqlar bildirirlər ki, düyü, kartof və makaron tək qəbul edildikdə qanda şəkərin səviyyəsini daha sürətlə artıra bilər.
TodayPress TV xəbər verir ki, lakin onları zülal, lif və sağlam yağlarla zəngin qidalarla birlikdə yemək bu artımı azaltmağa kömək edir.
Mütəxəssislər bu məhsulları lobya, az karbohidratlı tərəvəzlər (brokoli, qulançar), dəniz məhsulları, toyuq əti və avokado ilə birlikdə istehlak etməyi tövsiyə edirlər. Onların sözlərinə görə, belə qida kombinasiyaları qlükozanın qana daha yavaş sorulmasına və qan şəkərinin daha sabit qalmasına kömək edir.