Məktəblilər sağlam qidalanma barədə məlumatlandırıldılar
Sağlamlıq
06.11.2025 17:40
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən TodayPress TV-yə verilən məlumata görə, layihə məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədinə xidmət edir.
Tədbirdə iştirak edən 150 şagirdə qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qazlı-şəkərli içkilərin zərərləri” mövzusunda təqdimatlar edilib.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
tag: AQTA,Məktəb,Qida,Sağlam məktəbli,Todaypress.tv,
